Bolqarçayın Biləsuvar şəhərinin mərkəzindən keçən hissəsində su artımı maksimal həddə çatır.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, əgər su səviyyəsi artarsa və rayon mərkəzinə dolarsa, bu zaman çaydakı su ətrafdakı torpaq ərazilərə yönəldiləcək.
Rayonun yaşlı sakinlərinin sözlərinə görə, bu vaxta qədər çayda belə səviyyədə su görməyiblər.
Elşən Feyzullayev, Bizim.Media