İsrail Prezidenti ilə görüşdə iştirak edən Quba sakini: “İsrail tarixi vətənimizdir\

İsrail Prezidenti ilə görüşdə iştirak edən Quba sakini: “İsrail tarixi vətənimizdir\" 

Hazırda oxunan: İsrail Prezidenti ilə görüşdə iştirak edən Quba sakini: “İsrail tarixi vətənimizdir\" 

138929

"Biz öz doğma vətənimizdə digər bir ölkənin prezidenti ilə görüşdük. İsrailin prezidentilə doğma Azərbaycanda görüşmək bizə çox xoş oldu. Görüşdən çox razı və məmnun qaldıq". 

Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoqun ölkəmizdəki yəhudi dini icmaların nümayəndələri ilə bu gün görüşdə iştirak edən Yavuşva Simanduyev Bizim.Media-ya deyib. 

Qubanın Qırmızı Qəsəbə Dağ Yəhudiləri Dini İcmasının Ağsaqqallar Şurasının sədri, Qırmızı Qəsəbədəki İsaak Xanukov adına 1 saylı orta məktəbin direktoru olan Yavuşva Simanduyev bildirib ki, görüşə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən yəhudi icmalarının təmsilçiləri qatılıb. 

Yəhudi dini icmalar adından Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edib. 

Yavuşva Simanduyev bildirib ki, İsrail Pezidenti İsxak Hersoq çıxışında Azərbaycan-İsrail dostluğunun tarixi köklərindən ətraflı danışaraq Azərbaycanda yaşayan Dağ yəhudilərinin burada mehriban bir ailə kimi gözəl yaşadığını vurğulayıb. 

İsxak Hersoq "Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə tolerant və multikultural mühit yaratmasından, İsrail dövləti ilə hərtərəfli əməkdaşlıqda həmişə maraqlı olmasından irəli gəlir" - deyə söyləyib. O, Azərbaycan Prezidenti ilə görüşdən çox məmnun qaldığını, yəhudi dini icmaların nümayəndələrinə Azərbaycanla birgə bir sıra layihələrin həyata keçiriləcəyini də deyib. 

Qeyd edək ki, Qubada İsrail Prezidenti ilə görüşdə Qırmızı Qəsəbə Dağ Yəhudiləri Dini İcmasının sədri Yurik Naftaliyev, İcmanın Ağsaqqal Şurasının sədri Yavuşva Simanduyev, Quba Rayon İcra Hakimiyyətinin başçısının Qırmızı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Telman Mixaylov və Qırmızı Qəsəbə bələdiyyəsinin sədri Yapo Yadadyayeva iştirak edib. 
İsrail Prezidenti İsxak Hersoqla görüşə İsrailin Azərbaycandakı səfiri Çorc Dik və Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədov da qatılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO