Burda mənə doğmalaşmağa heç kim yoxdu...
Onunla çoxdan tanışıq. Amma heç vaxt görüşməmişik. Tanışlığımız isə feysbuk sosial şəbəkəsi vasitəsi ilə olub. Doğrusu, öz içimdə təəssüf hissi keçirirəm ki, öz rayonumdan olan belə gözəl bir şairi nəyə görə gec tanımışam. Söhbət şair Əlirza Həsrətdən gedir.
Bu dəfəki rayon səfərimdə qərar verdik ki, görüşək. Zəngləşib onunla rayonun mərkəzində görüşdük. Sonra taksiyə əyləşib şairin dəvəti ilə “Basqal”x9d kafesinə yollandıq. Ağac altında əyləşib söhbətimizə başladıq. Havaların isti olmasından gileyləndim. “Havalar nə qədər isti olsa da, ürəyimiz sərindi”x9d ”“ dedi şair.
- Əlirza müəllim, necəsiniz?
- Çox sağ olun. Yaxşıyam. Doğrusu, çox yaxşı oldu səni görməyim. Çox darıxmışdım. İnan, hamıdan qaçmaq istəyirəm. Təsəvvür elə ki, mən geniş evdə yaşaya bilmirəm. Balaca bir evim var, orda özümü daha rahat hiss edirəm.
- Burda sizi darıxdıran nədir?

- Əslində mən Əli bayramlı şəhərində doğulmuşam. Atam Cəlilabadda işləyəndə, anamı görüb sevib. Anam burdan Əli bayramlıya gəlin köçüb. Amma atam rəhmətə gedəndən sonra Cəlilabada qayıtmışıq. Atamı çox tez itirmişəm: üç yaşımda. Ailədə iki bacının bir qardaşıyam. Burda mənə doğmalaşmağa heç kim yoxdu. Dar yerdə, balaca yerdə çox rahat oluram. Ordan dünya elə gözəl görünür ki. Hərdən Əlibayramlıya gedib ata evimizə baş çəkirəm.
- Sizin ixtisasınız nədir?
- Mən texnoloqam: şərabçı. Rayonda on il şərab zavodunda mühəndis işlədim. Şərabın kimyəvi tərkibini çox yaxşı bilirəm.
- Şeir yazmaq hardan ortaya çıxdı bəs?
- İlk dəfə “Sarı bülbüllər”x9d mahnısından təsirlənib bir neçə bənd bayatı yazdım və belə başladı mənim yaradıcılığım. Hərbi xidmətim zamanı Almaniyanın Vemar şəhərində olanda, orda da şeir yazırdım. Onda evə bir məktub göndərirdik və ondan cavab almaq 45 gün çəkirdi. Bizim üçün onda hər məktubun cavabı bir misra idi.
- Bəs sevgi şeiri ilə başlamamısınız yaradıcılığa?
- Xeyr. Məncə bülbüldən yazmaq, sevgidən yazmaqdan daha yaxşıdı. Hansı ki, bülbül oxuyanda, on üç ritimdə oxuyur.
- Sevib evlənmisinizmi?
- Bəli. Həyat yoldaşım onda xəstəxanada tibb bacısı işləyirdi. Ona vurulmuşdum. Mən də bəhanələr gətirib tez ”“ tez xəstəxanaya gedirdim ki, onu görəm. Sonra isə ailə qurduq. İndi bir oğlum var.
- “Qısas sevdası”x9d şeirinizdə hiss olunur ki, Qarabağ üçün çox darıxmısınız.
- Hə. Ölürəm o yerlər üçün.
- Olmusunuz o torpaqlarda?
- Xeyr. Heç bir dəfə də olmamışam.
- “Vəfalı it haqqında ballada”x9d şeirinizdə itlərdən yazmısınız. İtlər sizin yaradıcılığınızda nə qədər rol oynayır?
- Bəli. İtlər haqda şeir yazmışam. Mən heyvanları çox sevirəm. Özü də pişikləri daha çox sevirəm. Komandirovkadan gələndə, bir pişiyim var idi. Qaça ”“ qaçaq gəlib üstümə tullandı. Pişiklə qucaqlaşıb öpüşdük. Mənim üçün poeziya bax burdan başlayır. Pişiklər sahibinə çox doğmadır.
- Sizi həyatda kim belə atıb gedib? Bir şeirinizdə yazırsınız ki:
Gözüm üstə yer verdiyim,
Düşüb piyada yeridi.
- Məni saxlayan var ki?! Hamı atıb gedib məni. Əslində məni atanlara təşəkkür edirəm. Onda insan adiləşir. Rahatlaşırsan.
- Siz də AYB ”“ nin üzvüsünüz?
- Bəli. Özü də çoxdan üzvəm.
- Heç Prezident təqaüdü almısınız?
- Xeyr.
- Niyə?
- Mənim fərasətim, bacarığım yoxdu, öna görə almıram. Amma versələr niyə də almayım.
- İndi nə iş görürsünüz?
- İndi rayonda “Telekommunikasiya stansiyası”x9dnda çalışıram. Elə axşama kimi rayonun kəndlərində oluruq. İşimiz elədir ki, ancaq sahədə oluruq.
- Sonuncu kitabınızın adını “Saat səsi”x9d qoydunuz. Bu nəylə bağlıdı?
- Saat səsi dünyanın ən gözəl simfoniyasıdı. Orda ritm dəyişmir. Evdə 7 ”“ 8 saat var, onların səsinə quıaq asıram. Ən gözəl musiqidi.
- Cəlilabadda ədəbi mühit necədi?
- Demək olar ki, indi ədəbi mühit yoxdu. O, vaxtı “Cəlilabad töhfələri”x9d adlı ədəbi məclis var idi. Şair Abbasağa Azərtürkün sədrliyi ilə hər ay iki dəfə toplaşırdıq. Sonradan o da ləğv olundu.
- Sonda bir şeirinizi də oxuyardınız bizim üçün.
- Məmnuniyyətlə.
Bir ruhsuz bədəndi şəhidsiz torpaq,
Şəhidsiz torpaqdan olarmı vətən?
Hər şəhid bir ovuc vətən torpağı,
Düşmənin gözünə səpilir dən ”“ dən.
Göy üzü hər aha qazılan qəbir,
Hər qəbir daşında bir şəhid adı.
Torpaq əvəzinə bir qəbir üstə,
Çəkilib yaralı durna qanadı.
Bir qollu ”“ budaqlı ağacdı vətən,
Şəhidlər torpağa düşən barıdı.
Şəhid qəbirləri bu yer üzündə,
Dünyanın azadlıq bayraqlarıdı.
Vasif Əlihüseyn































































































