Tədris ili iyunun 15-də bitirsə, dərsliklər niyə mayın 25-dən yığılır? - Ekspertdən İTTİHAM

Tədris ili iyunun 15-də bitirsə, dərsliklər niyə mayın 25-dən yığılır? - Ekspertdən İTTİHAM

Hazırda oxunan: Tədris ili iyunun 15-də bitirsə, dərsliklər niyə mayın 25-dən yığılır? - Ekspertdən İTTİHAM

138756

Dərs ilinin sona çatmasına hələ xeyli müddət var. Bununla belə artıq orta məktəbdə şagirdlərdən dərsliklər yığılıb. Təəssüf ki, bu bir ənənədir. Uzun illərdir ki, orta məktəblərdə may ayının 25-dən etibarən şagirdlərə paylanılan pulsuz dərsliklər geri alınır. Baxmayaraq ki, tədris ili iyunun 15-də başa çatır.

Maraqlıdır, mayın 25-də dərsliklər yığılırsa şagirdlər 20 gün məktəbə nəyə görə gedirlər? Dərsliyi olmayan şagird məktəbdə nə öyrənir? Ən nəhayət, müəllimlər 20 gün müddətində məktəbdə nə ilə məşğul olur?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, 2004-cü ildən etibarən bizim 4 min 432 orta ümumtəhsil məktəblərində təhsil alan 1.6 milyon şagirdə dərsliklər Ölkə Başçısının müvafiq sərəncamına əsasən pulsuz verilir:
 

MÖVZU İLƏ BAĞLI:

“Dərsliklər o qədər qəliz yazılıb ki, anlamaq üçün bir saat yetmir” – Yazıçıdan ETİRAZ 


“Dərsliklər dərs ili başlananda şagirdlərə pulsuz olaraq paylanılır və tədris ili başa çatanda, yəni iyun ayının 14-də təhvil verilir. Mövcud tədris planına görə dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.
Bu isə o deməkdir ki, iyunun 14-də belə müəllimlərin tədris proqramında dərs nəzərdə tutulub. Buna görə də Dövlət Büdcəsindən müvafiq vəsait də ayrılır. Ona görə də dərsliklər yalnız iyun ayının 14-də yığıla bilər. Nəzərə alaq ki, hər günün, hər həftənin özünün dərs planı var. Buna görə də hər bir müəllim əmək haqqı alır”.

Kamran Əsədov bu məsələyə Elm və Təhsil Nazirliyinin diqqətsiz yanaşdığını qeyd etdi:

“Dərsliklərin bir həftə tez yığılması şagirdlərin mövcud proqramın mənimsəməsinə maneə olur. Bildiyimiz kimi 2008-ci ildə ölkəmizdə tədrisin təşkili kurikulum sisteminin standartlarına uyğun həyata keçirilir. Kurikulum tələblərinə görə tədris ilinin sonunda şagirdlərdə zəruri bilik və bacarıqlar formalaşır.

Yəni tədris proqramına görə dərs ilinin sonuncu həftəsində müəyyən təkrarlamalar ola bilər.

Şagirdlər arasında müəyyən diaqnostik qiymətləndirmə aparıla  bilər. Və bu zaman şagirdin zəif mənimsədiyi mövzulara yenidən qayıtmaq zərurəti yaranır. Ona görə də dərsliklər heç bir halda vaxtından əvvəl yığıla bilməz. Bu tədrisin keyfiyyətinə marağın az olmasının göstəricisidir.
Dərsliyi olmayan şagird məcbur olur ki, repetitor yanına getsin. Belə olan surətdə isə valideynlər yenidən öz vəsaitləri hesabına dərsliklər almaq məcburiyyətində qalırlar. Ona görə də dərsliklərin vaxtından əvvəl yığılması qanunsuzluqdur”.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini də öyrənmək istədik. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, məsələ ətraflı araşdırıldıqdan sonra məlumat veriləcək.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO