Elxan Qasımovun qızı atasının arzusunu AÇIQLADI - ÖZƏL

Elxan Qasımovun qızı atasının arzusunu AÇIQLADI - ÖZƏL

Hazırda oxunan: Elxan Qasımovun qızı atasının arzusunu AÇIQLADI - ÖZƏL

138677

Xəbər verdiyimiz kimi, kinorejissor, Əməkdar artist Elxan Qasımov ötən gün axşam saatlarında müalicə aldığı özəl klinikaların birində 78 yaşında dünyasını dəyişib.

"Azərbaycanfilm" kinostudiyasında sənətkarla keçirilən vida mərasimində Bizim.Media-nın əməkdaşı da iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Elxan Qasımov bu gün dəfn olunacaq


Redaksiyamızın əməkdaşı ilə söhbətində E.Qasımovun qızı Kəmalə xanım bildirib ki, valideyninə baş çəkib evə gəldikdən sonra klinikadan onlara Elxan Qasımovun vəfat etdiyi xəbərini çatdırıblar:

"Atam dünyasını dəyişəndə biz yanında deyildik. Müalicə aldığı klinikaya getdik, ona baş çəkdik. Sonra qayıtdıq evə. Bizə klinikadan zəng vurub söylədilər ki, Elxan müəllim dünyasını dəyişdi. Hansı saat və dəqiqədə vəfat etməsini dəqiqliklə deyə bilməyəcəyəm.

Çünki atamın ölüm xəbərini alanda nə edəcəyimi bilmədim. Ailəlikcə çox böyük sarsıntı keçirdik. Atamın vəziyyəti olduqca ağır idi. Özüm də anlayırdım ki, onu ağır vəziyyətdən çıxartmaq heç də asan olmayacaq. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulmuşdu".

Sənətkarın qızı atasının ölümündən daha əvvəl ona deyib ki, anandan muğayat ol:

"Klinikada müalicə aldığı 20 gün ərzində ümumiyyətlə danışmadı. Bir dəfə reanimasiyada yanına girəndə gözü açıq idi. Bu, onun yenicə klinikaya daxil olduğu vaxta təsadüf edirdi. Danışa bilmirdi, çünki boğazında traxestoma aparatı vardı.

Pıçıltı ilə dedi ki, anandan muğayət ol. Ondan sonra gözünü açmayıb. Ayıq vəziyyətdə olmayıb. Amma yanında olmadığım zamanlar tibb bacılardan soruşurdum ki, atamın vəziyyəti necədir? Cavab verirdilər ki, ağır stabil. Yəni davamlı yatırdı".

Kəmalə xanım həmçinin əlavə edib ki, atasının istəyi oğlu Samirin yanında dəfn edilmək olub:

"Atamın öz istəyi idi ki, oğlu Samirin yanında dəfn olunsun. Ölümündən əvvəl deyirdi ki, məni oğlum Samirin yanında torpağa tapşırın. Çünki qardaşım Samirin məzarının sol tərəfində babamdır, digər tərəfində isə atam dəfn olunacaq".

Sonda Kəmalə xanım valideynin son arzusunu da dilə gətirib:

"Atamın ən böyük arzusu ürəyində qaldı. Onun ən böyük arzusu nəvəsini məktəbə aparmaq idi (ağlayır).

Qeyd edək ki, mərhum bir neçə saatdan sonra Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi mərhumun yaşadığı evə əklil göndərib.







Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO