Tovuzda “VAZ” alışdı, xəsarət alan var

Tovuzda “VAZ” alışdı, xəsarət alan var

Hazırda oxunan: Tovuzda “VAZ” alışdı, xəsarət alan var

138628

Tovuzda avtomobildə yanğın  qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili anidən alışıb.   

Hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi çağırılıb. Avtomobildə alov söndürülüb.

Şahidlərin sözlərinə görə, yanğın zamanı maşının sürücüsü, Namiq Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.  

Yanğının başvermə səbəbləri araşdırılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO