İsrailli qadın vəfat edən ərinin gözünü qazimizə bağışladı - VİDEO

İsrailli qadın vəfat edən ərinin gözünü qazimizə bağışladı - VİDEO

Hazırda oxunan: İsrailli qadın vəfat edən ərinin gözünü qazimizə bağışladı - VİDEO

13834

İsrailli yaşlı qadın vəfat edən ərinin gözünü Azərbaycan qazisinə bağışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Vaa Lʼhatzolas Nichei Yisroel" Yəhudi humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Zamir İsayev sosial şəbəkədə yazıb.

"Doktor İşay maraqlı bir əhvalat danışdı, israilli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarının xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib. İndi əsgərimiz məhz bunun sayəsində görə bilir. Qeyd edim ki, İsrailin səhiyyə naziri orqanı ölkə hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib", - deyə Z.İsayev vurğulayıb.

İsrailli həkim Yişay Falik məlumatı təsdiqləyib.

Həmin göz qazi Arif Hacıyevə implantasiya edilib.

Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO