13 yaşlı qızı qaçıran 44 yaşlı şəxsi neçə il HƏBS gözləyir? – Hüquqşünasdan AÇIQLAMA

13 yaşlı qızı qaçıran 44 yaşlı şəxsi neçə il HƏBS gözləyir? – Hüquqşünasdan AÇIQLAMA

Hazırda oxunan: 13 yaşlı qızı qaçıran 44 yaşlı şəxsi neçə il HƏBS gözləyir? – Hüquqşünasdan AÇIQLAMA

138131

Xəbər verildiyi kimi, Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. 

Qeyd edək ki, Səfər Kavazova qarşı Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıb... - VİDEO


Maraqlıdır, sözügedən maddə ilə ittiham irəli sürülən Səfər Kavazovu neçə il həbs gözləyir? 

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, həmin şəxsi 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir:

“Yəni şəxsə 3 il də, 6 il də həbs verilə bilər. Hər halda bu, istintaqın gedişatından asılı olacaq. Səfər Kavazov gedib azyaşlı qızı başqa bölgədən öz bölgəsinə gətiribsə, şirnikləndirici vədlər verib, onunla cinsi əlaqədə olubsa, həmçinin yalnız bu maddə qalacaqsa, çox güman ki, ona maksimum həddə cəza veriləcək. İttiham olunan şəxsin hərəkətlərində adam oğurluğu tərkibi də var. 

Çox güman ki, ona qarşı əlavə maddə də tətbiq edilə bilər. Adam oğuluğu isə çox ağır maddədir. Azyaşlıya qarşı bu hərəkət olunubsa, şəxsi 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu məsələdə könüllülük prinsipi nəzərə alınmır. Çünki qız həddi-buluğa çatmayıb və şüurlu şəkildə addım atmayıb. Əlbəttə ki, qiyməti yenə də istintaq verəcək”. 

Xatırladaq ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb.

Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb, cinayət işi açılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO