Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO  

Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO  

Hazırda oxunan: Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO  

138039

Qəbələdə Vətən müharibəsi qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələrinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının, Əfqan Abdurrahmanovun ailə üzvləri, döyüş yoldaşları, təhsil aldığı və adını daşıdığı məktəbin müəllim kollektivinin iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsini anmaqla başlayıb.

Tədbirin keçirilməsində məqsəd vətən uğrunda canından keçən şəhidlərin xatirəsini daim yaşatmaq və əbədiləşdirməkdir.

Tədbirdə çıxış edənlər Əfqan Abdurrahmanovun qəhrəmanlıqlarından bəhs edib, onunla bağlı xatirələrini danışıb, kitab haqqında öz təəssüratlarını söyləyib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Əfqan Abdurrahmanovun həyat yolunu əks etdirən film təqdim edilib. Şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO