Şuşada 23 bina inşa edilir - 1500 nəfər doğma şəhərinə qayıdacaq

Şuşada 23 bina inşa edilir - 1500 nəfər doğma şəhərinə qayıdacaq

Hazırda oxunan: Şuşada 23 bina inşa edilir - 1500 nəfər doğma şəhərinə qayıdacaq

137902

Şuşa şəhərinin bərpa olunması istiqamətində işlər sürətlə davam edir və cari ildə bir sıra layihələr başa çatdırılacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclasında çıxış edən Prezidentin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış proqramına uyğun olaraq Şuşada 23 binanın tikintisinə başlanılıb və buraya 1500 nəfərin köçürülməsi nəzərdə tutulub.

Məktəb, xəstəxana və poçt binalarının tikintisi davam edir. Bu tikintilər xüsusi arxitektura ilə inşa olunur. Poçtun inzibati binasında DOST və “ASAN xidmət” mərkəzləri də fəaliyyət göstərəcək.

“Enerji təminatı üçün 5 yarımstansiya tikilib istifadəyə verilib. Daşaltı çayı üzərində isə su anbarı və nasos stansiyası da istifadəyə verilib. Şuşanın kanalizasiya sisteminin tikintisi davam edir”, - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO