Əhməd İsmayılov:

Əhməd İsmayılov: "İslahatların məqsədi media mühitinin sağlamlaşdırılmasıdır"

Hazırda oxunan: Əhməd İsmayılov: "İslahatların məqsədi media mühitinin sağlamlaşdırılmasıdır"

137871

“Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq Media Agentliyinin daim diqqətdə saxladığı məsələdir”.

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflər dövlət və yerli özünüidarəetmə orqanlarına daim təqdim edilir.

Qurum rəsmisi həmçinin bildirib ki, media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının Azərbaycanda plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutudur:

“Aparılan islahatların əsas məqsədi media mühitinin sağlamlaşdırılması və keyfiyyətli xəbər istehsalını dəstəklənməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO