İsmayıllıda yük maşını 22 yaşlı oğlanı vurub

İsmayıllıda yük maşını 22 yaşlı oğlanı vurub

Hazırda oxunan: İsmayıllıda yük maşını 22 yaşlı oğlanı vurub

137817

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Aşıqbayramlı kənd sakini Mustafayev Teymur Əlipaşa oğlu özünə məxsus yük avtomobilinə oğlu və qardaşı ilə birgə ot yığarkən maşını düzgün park etmədiyindən avtomobil qəflətən çökək əraziyə tərəf hərəkət edib. 

Ehtiyatsızlıq səbəbindən Teymur Mustafayevin 22 yaşlı oğlu Nicat Mustafayev yük avtomobilinin arxa təkərinin altında qalıb. Ağır bədən xəsarətləri alan Nicat Mustafayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Xəstənin vəziyyəti ağır olduğu üçün onu müalicə üçün Bakıya şəhər 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar.  

Faktla bağlı araşdırma aparılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO