Transseksualların tutulmasına görə insident törədənlər SAXLANILDI 

Transseksualların tutulmasına görə insident törədənlər SAXLANILDI 

Hazırda oxunan: Transseksualların tutulmasına görə insident törədənlər SAXLANILDI 

137712

Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərin birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, oteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.

DİN-in mətbuat xidmətinin əməkdaşı, Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.

Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə, polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Saxlanılan 7 nəfərin cinsi azlıq nümayəndələri olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO