Siyəzəndə 7 yaşlı uşağın qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

Siyəzəndə 7 yaşlı uşağın qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Siyəzəndə 7 yaşlı uşağın qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

137652

Siyəzən rayonunda 7 yaşlı uşaq qəfil ölüb. 

Ölüm faktına Siyəzən Müalicə-Diaqnostika Mərkəzinin baş direktoru Dadaş Hümbətov münasibət bildirib.

Bizim.Media-nın yerli bürosuna açıqlamasında o bildirib ki, Məmmədəli Eyvazçı Mərkəzə ölü gətirilib.

Hazırda uşağın meyiti ölümün səbəbini aydınlaşdırılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin mərkəzi ofisinə göndərilir.

“Sözügedən ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi bəlli olacaq”.

Fakt hazırda Siyəzən rayon prokurorluğu tərəfindən araşdırılır.

Qeyd edək ki, Siyəzəndə 7 yaşlı oğlan uşağı qəfil ölüb. Siyəzən şəhəri Gənclik küçəsində yaşayan 2016-cı il təvəllüdlü Eyvazlı Məhəmmədin halı anidən pisləşib. Ailə üzvləri onu dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO