ATƏT PA-nın nümayəndələrinə Zəngilanda aşkarlanmış minalarla bağlı məlumat verilib

ATƏT PA-nın nümayəndələrinə Zəngilanda aşkarlanmış minalarla bağlı məlumat verilib

Hazırda oxunan: ATƏT PA-nın nümayəndələrinə Zəngilanda aşkarlanmış minalarla bağlı məlumat verilib

137587

ATƏT Parlament Assambleyasının (PA) nümayəndələrinin Zəngilan rayonuna bugünki səfəri başa çatıb. 

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində qonaqlar rayonda həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. 

Prezidentin Zəngilandakı xüsusi nümayəndəsi Vahid Hacıyev onları icra olunan layihələr barədə məlumatlandırıb. 

Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri isə ATƏT PA nümayəndələrinə Zəngilanda və ətraf ərazilərdə tapılmış minalarla bağlı məlumat veriblər. Onlar qeyd edib ki, minalar indiyə qədər onlarla insanın həyatını itirməsinə səbəb olub. 
Xatırladaq ki, mayın 22-də Bakıda Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfransın bağlanış mərasimi isə bu gün olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO