Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi

Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi

Hazırda oxunan: Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi

137575

Cəlilabad rayonunda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə rayon məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, M.Şahbazovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı Bizim.Media-ya təsdiqləyib.

Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayon ərazisində qeydə alınıb. Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Şahbazov şübhəli şəxs qismində tutulub

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO