“Bu ilki imtahan nəticələri ötən ilkilərdən heç də geri qalmır. Hətta deyərdim ki, bəzi intervallarda ondan da yaxşı nəticələr gözlənilir”.
Bu sözləri təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, abituriyentlərin ixtisas seçimi, qəbul imtahanı qədər olduqca önəmli və vacibdir:
“Yəni, burada mövcud plan yerlərinə diqqət ayırılmalıdır. İxtisasların illik təhsil haqqına da nəzər yetirilməlidir. Həmçinin həmin ixtisasların əmək bazarında nə qədər ehtiyac duyulduğu nəzərə alınmalıdır.
Bu kimi amillərə mütləq diqqət olunmalıdır ki, uyğun ixtisasları seçib gələcəkdə yaxşı karyera qurub, işsiz qalmasınlar. Qarşıda 3-4 iyun tarixlərində 1-ci və 4-cü qrupların imtahanları var. Bundan sonra artıq iyul ayında 2-ci cəhd imtahanı, avqust ayında isə ixtisas seçimi başlayacaq”.
Ekspertin fikrincə, imtahandan sonra abituriyentlər əmək bazarını araşdırıb, həmçinin mütəxəssis rəyi də alaraq, seçimlərini bir daha gözdən keçirməlidirlər.
“Özbaşına, araşdırmadan edilən seçimlər təhlükəli ola bilər. Çünki burada diqqət tələb edən bəzi məqamlar var ki, abituriyentlər mütləq onları nəzərə almalıdırlar. Bu il ümumi müsabiqədə təxminən 22 min 3-cü qrup, 23 min 2-ci qrup, təxminən 32-33 min isə 1-4-cü qruplardandır. Təxminən 10 mindən çox abituriyent isə 5-ci qrupa sənəd verib.
Ümumilikdə 85 minə yaxın abituriyent hazırkı 50 min plan yeri uğrunda mübarizə aparır. Düşünürəm ki, Nazirlər Kabinetinin müvafiq qərarından sonra plan yerlərində bir qədər artım da olacaq. Bu artım abituriyentlərin hardasa bu il, ötən ilə nəzərən daha çox şansı artıracaq.
Lakin hazırda plan yerlərinin təsdiqini gözləyirik. Təbii ki, bundan sonra bütün istiqamətlər üzrə dəqiq açıqlama vermək mümkün olacaq”, - deyə E.Əfəndi qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 23.05.2023
Bu il universitetlərdə plan yerləri ARTIRILACAQ? – AÇIQLAMA
Hazırda oxunan: Bu il universitetlərdə plan yerləri ARTIRILACAQ? – AÇIQLAMA
Hazırda oxunan: Bu il universitetlərdə plan yerləri ARTIRILACAQ? – AÇIQLAMA
137553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.