Qubada

Qubada "Heydər Əliyev İli"nə həsr olunan konfrans keçirildi - FOTO

Hazırda oxunan: Qubada "Heydər Əliyev İli"nə həsr olunan konfrans keçirildi - FOTO

137345

Qubada "Heydər Əliyev İli" çərçivəsində "Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və məhkəmə hüquq islahatlarının aparılmasında Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, konfrans Quba Rayon İcra Hakimiyyəti, DTX-nin Quba Rayon Şöbəsinin, Rayon Məhkəməsinin, Rayon Polis Şöbəsinin, Rayon Prokurorluğunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Dahi şəxsiyyət Heydər Əliyevin və cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla hörmətlə anılıb.

Quba rayon icra başçısı Ziyəddin Əliyev mövzu əsasında Heydər Əliyevin ölkədə Azərbaycan Konstitusiyasının qəbulunda və məhkəmə-hüquq islahatlarında göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışıb.

DTX-nin Rayon Şöbəsinin rəisi Elcan Süleymanovun "Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşmasında Heydər Əliyevin rolu", Quba Rayon Məhkəməsinin sədri Samir Məmmədovun "Heydər Əliyev və Azərbaycanda məhkəmə-ədliyyə sisteminin inkişafında yeni mərhələ", "Quba rayon prokuroru Namiq Muradovun "Azərbaycanda dövlət quruculuğu istiqamətində hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyev amili" mövzusunda məruzələri dinlənillib.

Özbəkistandan gəlmiş filologiya elmləri doktoru, professor Azamat Akbarov da mövzu ilə bağlı məruzə edib. Tədbirdə yerli YAP sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.
Sonda Qubanın icra başçısı Ziyəddin Əliyev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş futbol turnirində ilk 3 yeri tutan komandaya medal və kuboklar təqdim edib. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO