Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib.
Bizim.Media manset.az-a istinadən xəbər verir ki, polkovnik Azər Məmmədov müvafiq əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub.
O, bu təyinata qədər hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, hazırda xidmətin rəisi polkovnik Mürsəl İbrahimovdur. Onun 1-ci müavini general-leytenant Zaur Abdullayev isə ötən həftə vəzifəsindən kənarlaşdırılıb.
Bundan əlavə, Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 ilə ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi müzakirələrə səbəb olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 22.05.2023
İşdən çıxarılan generalın YERİNƏ TƏYİNAT
Hazırda oxunan: İşdən çıxarılan generalın YERİNƏ TƏYİNAT
Hazırda oxunan: İşdən çıxarılan generalın YERİNƏ TƏYİNAT
137300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.