Xaçmaz sakinini vurub öldürən motosikletçi AXTARILIR

Xaçmaz sakinini vurub öldürən motosikletçi AXTARILIR

Hazırda oxunan: Xaçmaz sakinini vurub öldürən motosikletçi AXTARILIR

137209

Ötən gün Xaçmaz şəhərində 61 yaşlı Şabran sakininin ölümünə səbəb olan motosiklet sürücüsünün kimliyi araşdırılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz şəhəri ərazisində piyada, Şabran sakini Tofiq Quliyevi vuran motosikletin sürücüsünün kimliyi məlum deyil.

Qeyd edək ki, hadisə gecə saatlarında Çənlibel parkının yanında baş verib. Motosikletlə vurulan 61 yaşlı piyada az sonra xəstəxanada ölüb.

Faktı Xaçmaz rayon polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO