Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirildi

Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirildi

Hazırda oxunan: Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirildi

137149

Xəbər verdiyimiz kimi, ötən gün naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib.

Bizim.Media xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə kafedə PARTLAYIŞ: Mübahisə edən şəxs oraya qumbara atıb


E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.

Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.

Hadisə yerindən 1 ədəd əl qumbarası və və tapança götürülüb.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO