Rusiyadakı soydaşlarımız qazilərə əlil arabaları bağışladı

Rusiyadakı soydaşlarımız qazilərə əlil arabaları bağışladı

Hazırda oxunan: Rusiyadakı soydaşlarımız qazilərə əlil arabaları bağışladı

13711

"İstər Vətən müharibəsi dövründə, istərsə də Zəfərdən sonrakı zamanda xaricdə yaşayan soydaşlarımız daimi dövlətimiz və ordumuzla birlikdə olduqlarını müxtəlif formatlarda ifadə ediblər".

"Müharibə dövründə dövlətimizə və müharibədən zərər çəkmiş mülki vətəndaşlarımıza dəstəklərini ifadə edən soydaşlarımız, tarixi qələbəmizdən sonra da qazilərimizə mümkün dəstəyi göstərirlər".

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, komitənin dəstəyi ilə Rusiya Federasiyasının Primorye diyarında fəaliyyət göstərən Azərbaycan diasporu adından Vətən müharibəsində sağlamlığını itirmiş qazilər üçün ölkəmizə gətirilmiş əlil arabaları da diaspor-dövlət birliyinin daha bir nümunəsidir.

 

MÖVZU İLƏ BAĞLI:

İsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTO

​​​​​​​
Əlil arabaları qazilərə çatdırılması üçün müxtəlif qurumlara təhvil verilir.

Belə ki, qazilərə paylanılması üçün Salyan rayon İcra Hakimiyyətinə 8 ədəd, Oğuz rayon icra hakimiyyətinə 5 ədəd, Sabunçu rayonundan seçilmiş millət vəkilinə 5 ədəd, Göyçay rayonundan seçilmiş millət vəkilinə 5 ədəd və Yaşat Fonduna 13 ədəd araba təhvil verilib.

Qeyd edək ki, əlil arabalarından 60 ədədi də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi vasitəsi ilə Naxçıvana yola salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO