«Vaksinin həyəcanından təzyiqin qalxması mümkündür» - Səhiyyə Nazirliyi

«Vaksinin həyəcanından təzyiqin qalxması mümkündür» - Səhiyyə Nazirliyi

Hazırda oxunan: «Vaksinin həyəcanından təzyiqin qalxması mümkündür» - Səhiyyə Nazirliyi

13705

Təkcə COVID-19 vaksini yox, bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər.

Bizim.Media-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib. 

 

MÖVZU İLƏ BAĞLI:

Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinlənməsinə başlanıldı


Qurum rəsmisi bildirib ki, halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır.

«Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq. Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur»

S.Babazadənin sözlərinə görə, sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir:

«Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram.

 

Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur.


Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür».

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO