Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından söz açıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyini vurğulayaraq, ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinin yüksək səviyyədə olduğunu qeyd ediblər. Daha sonra müxtəlif mövzulara dair şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 20.05.2023
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşdü – FOTO
Hazırda oxunan: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşdü – FOTO
Hazırda oxunan: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşdü – FOTO
137012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.