Üç gün əvvəl maşın vuran piyada xəstəxanada ölüb. Faktla bağlı Qəbələ rayon polis şöbəsində cinayət işi başlanılıb.
Bizim.Media-nın yerli bürosu Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi zamanı vurulan piyada mayın 17-si axşam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ötən günlər ərzində 62 yaşlı rayon sakini Yaşar Məmmədova bütün tibbi yardımlar göstərilməsinə baxmayaraq o, xəstəxanada keçinib.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov təsdiqləyərək bildirib ki, hadisə ilə bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, Firdovsi Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobillə şəhər ərazisində yolu keçən piyada, 62 yaşlı Yaşar Məmmədovu vurmuşdu.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 20.05.2023
Qəbələdə maşın piyadanı vurub ÖLDÜRDÜ
Hazırda oxunan: Qəbələdə maşın piyadanı vurub ÖLDÜRDÜ
Hazırda oxunan: Qəbələdə maşın piyadanı vurub ÖLDÜRDÜ
136979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.