Elm və təhsil naziri Emin Əmrullayev bəzi ümumtəhsil müəssisələrində tibbi kabinetlərin olmaması ilə bağlı məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki,nazir bu barədə keçirdiyi brifinqdə məlumat verib.
Hər məktəbdə tibbi kabinetin olmadığını söyləyən nazir bildirib ki, təzə inşa edilən təhsil müəssisələrində bu kimi problem mövcud deyil.
E.Əmrullayev bununla yanaşı qəzalı məktəblərdə mövcud problemlərin fərqli olduğunu xatırladıb. O həmçinin məktəblərdə tibbi kabinetlərin təşkilinin Elm və Təhsil Nazirliyinin səlahiyyətində olmadığını vurğulayıb.
Nazir bu məsələdə işlərin Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq çərçivəsində görüldüyünü qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:24 / 17.05.2023
Elm və təhsil naziri bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəblərini AÇIQLADI
Hazırda oxunan: Elm və təhsil naziri bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəblərini AÇIQLADI
Hazırda oxunan: Elm və təhsil naziri bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəblərini AÇIQLADI
136367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.