Qida sahəsində fəaliyyət göstərən 21 müəssisədə nöqsanlar AŞKARLANDI 

Qida sahəsində fəaliyyət göstərən 21 müəssisədə nöqsanlar AŞKARLANDI 

Hazırda oxunan: Qida sahəsində fəaliyyət göstərən 21 müəssisədə nöqsanlar AŞKARLANDI 

136336

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, mayın 12-dən 15-dək respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi, o cümlədən 6 aptek və 18 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar aşkar olunub. 

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 17, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbul ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 5 nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında //afsa.gov.az/az/media/news_details/4308 linki vasitəsilə məlumat almaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO