Prokurorluq: Hərbi cinayətlərin 99 faizi açılıb

Prokurorluq: Hərbi cinayətlərin 99 faizi açılıb

Hazırda oxunan: Prokurorluq: Hərbi cinayətlərin 99 faizi açılıb

136284

"Azərbaycanda hərbi sahədə qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi açılıb".

Bizim.Media xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, Hərbi Prokurorluğun Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən bəzi qəbildən olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

F.Əliyev həmçinin qeyd edib: 

"2022-ci ilin 4 ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 %, hərbi xidmətdən yayınma cinayətləri 57,8 %, eyni zamanda, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9% və qəsdən adam öldürmə cinayətləri 50 % azalıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO