Ölkəmizdə suçiçəyinə yoluxmalar təhlükəli həddə çatıb? – AÇIQLAMA 

Ölkəmizdə suçiçəyinə yoluxmalar təhlükəli həddə çatıb? – AÇIQLAMA 

Hazırda oxunan: Ölkəmizdə suçiçəyinə yoluxmalar təhlükəli həddə çatıb? – AÇIQLAMA 

136258

Əks-epidemik tədbirlərin bütün müəssisələrdə aparılmasına baxmayaraq, bu ilin əvvəlindən etibarən suçiçəyinə yoluxma hallarının artdığı müşahidə edilir.

Məsələn, xəstələr izoliasiya olunur, ev şəraitində müalicələri təşkil edilir. Eləcə də, xəstəlik qeydə alınan məktəblərdə əks-epidemik  tədbirlər görülür. 

Rəsmi statistikaya görə, dekabr ayına nisbətən sonrakı aylarda artım qeydə alınsa da, may ayından etibarən yoluxma hallaırının azalması müşahidə olunur. 

Suçiçəyinin əsas göstəriciləri səpkilərdir. Qızdırma, halsızlıq kimi hallar da olur, amma başlıca amil səpkilərdir. Yoluxucu olan bu xəstəlik ciddi nəzarət tələb edir. Beləki, bu xəstəliyə yoluxanların 21 gün evdə, daha çox izolyasiya şəraitində qalıb, müalicə olunmaları məsləhətdir. 

Xəstəliklə bağlı Bizim.Media ilə fikirlərini bölüşən pediatr Vaqif Qarayev valideynləri diqqətli olmağa çağırdı:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Suçiçəyi ilə bağlı vəziyyət qorxulu olmasa da, yoluxma sayı kifayət qədərdir. Bu xəstəliyə əsasən körpə və məktəb yaşda uşaqlar yoluxur. Ən pisi də odur ki, suçiçəyi yoluxucu xəstəlikdir. Asanlıqla insanlar arasında yayılır. Yaxşı olar ki, indiki vəziyyətdə valideynlər uşaqlarına qarşı daha diqqətli olsunlar, həkim məsləhətinə riayət etsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO