Axtarışda olan azərbaycanlı Ukraynadan Bakıya GƏTİRİLDİ

Axtarışda olan azərbaycanlı Ukraynadan Bakıya GƏTİRİLDİ

Hazırda oxunan: Axtarışda olan azərbaycanlı Ukraynadan Bakıya GƏTİRİLDİ

136039

Baş Prokurorluğun vəsatəti əsasında Ukraynanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Elşən Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Belə ki, Sabirabad rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Elşən Qasımovun Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq) maddələrində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elşən Qasımov Ukrayna Respublikası ərazisində saxlanılaraq mayın 14-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO