Hərbi Hava Qüvvələrində təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib - FOTO 

Hərbi Hava Qüvvələrində təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib - FOTO 

Hazırda oxunan: Hərbi Hava Qüvvələrində təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib - FOTO 

135813

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində bölük (batareya) komandiri, aviasiya manqa komandiri və ona bərabər vəzifələrə təyin olunacaq namizədlərin, eləcə də bu vəzifələrə təyin edilmiş hərbi qulluqçuların təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 
Mərasimdə çıxış edənlər məzunlara HHQ komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb, zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıblar. 

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub. 

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə fotosu çəkdirilib. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO