May 8-də Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa”x9d adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalça Muzeyinin Şuşa filialının hazırladığı “Naxışlarda yaşayan Şuşa”x9d adlı tədbiri keçirtməkdə məqsədi, Azərbaycanın dilbər guşəsi, qədim, tarixi diyarımız olan Qarabağın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini ictimaiyyətə çatdırmaqdır.
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, ilk olaraq tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sukütla yad edilməsilə başlayıb.
Daha sonra Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbir iştirakçılarını salamlayaraq 1985-ci ildə Şuşada yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının işğal zamanı xilas edilmiş eksponatlardan ibarət hazırlanmış kataloqu qonaqlara təqdim edib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva
mövzu ilə bağlı çıxış edib. Həmçinin tədbirdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının eksponatlarını işğal ərəfəsində Şuşadan necə və hansı şəraitdə çıxarılaraq xilas edilməsi barədə əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şuşa şəhər Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov və Şuşa filialının keçmiş müdiri Hicran Əliyeva öz təəsüratlarını bölüşüblər.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şuşa Musiqili Dram teatrının aktyorları Şükufə Musayeva (Xan qızı Natəvan), Nazir Rüstəmov (Fətəli şah), Mətanət Eres (Ağabəyim ağa) və Rasəf Mehdiyevin (Molla Pənah Vaqif) iştirakı ilə, rejissor Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı”x9d adlı tamaşasından bir səhnə təqdim edilib. Yaşar Muradovun ifasında “Şuşa”x9d mahnısı, Bəxşeyiş Mehdiyevin ifasında “Qarabağ şikəstəsi”x9d, Teymur Məmmədovun ifasında isə Şuşaya həsr olunmuş şeir səslənib. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin məzunu Ağaniftulla Məmmədli “Şəhid arzuları”x9d adlı mahnı ifa edib.
Şuşa Rəsm Qalereyasının direktoru, rəssam Rövşən Bayramovun “Şuşa xatirələri”x9d adlı rəsm sərgisi də tədbir iştirakçılarına təqdim edilib.
Sonda muzey bələdçiləri tədbir iştirakçılarını hazırda fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirən Şuşa filialının 3-cü mərtəbədə sərgilənən eksponatları ilə yaxından tanış edib.



































































































