Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO 

Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO 

Hazırda oxunan: Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO 

135678

Göyçayda abadlıq-quruculuq işlərinə start verilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay şəhərinin dörd küçəsində abadlıq-quruculuq işlərinə başlanılıb.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 5986 metr uzunluğunda piyada yolu yenilənərək müasir səviyyəyə çatdırılacaq.

Abadlıq işləri çərçivəsində şəhərin Rəsul Rza, Füzuli, Mehman Muradov və Mirzə Ələkbər Sabir küçələrində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsi təmin olunacaq. İşlərin keyfiyyətlə həyata keçirilməsi nəzarətdə tutulur. 
Qeyd edək ki, cari ilin əvvəlində şəhərin mərkəzi və böyük küçələri olan Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə küçəsində yeni bardürlər düzülmüş, piyada zolaqları yenilənmişdir. 






Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO