Klassika yeniləndi! - “McDonald\'s” tarixdə ilk dəfə klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik edib - VİDEO

Klassika yeniləndi! - “McDonald\'s” tarixdə ilk dəfə klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik edib - VİDEO

Hazırda oxunan: Klassika yeniləndi! - “McDonald\'s” tarixdə ilk dəfə klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik edib - VİDEO

135610

Dünyanın ən böyük “fast food” şəbəkəsi olan “McDonald's” klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik etdiyini açıqlayıb.

Dəyişiklik əfsanəvi “Big Mac”, eləcə də “Double Cheeseburger” və “Royal Cheeseburger” də daxil olmaqla, demək olar ki, bütün burgerlərə təsir edib.

“McDonald's” nümayəndələrinin sözlərinə görə, resept və istehsal prosesinə edilən dəyişikliklər əfsanəvi burgerləri daha dadlı və ləziz etmək məqsədi daşıyır.
Beləliklə, yeniliklər artıq “McDonald's” restoranlarının mətbəxində özünü göstərməyə başlayır. Burada ət yeni, təkmilləşdirilmiş texnologiya ilə hazırlanır ki, nəticədə qonaqlara daha isti və ləziz burgerlər təqdim olunur.

Artıq pendir dilimləri də yeni üsulla isidilir və bu, onların daha tez əriməsinə səbəb olur.

Yeni bulkalar da klassik burgerlərə xüsusi dad verir. Artıq “McDonald's”da daha çox karamelizə olunmuş bulkalardan istifadə edilir, bulkaların daha intensiv qızarmasını təmin edən hazırlanma üsulu tətbiq edilir.

Eyni zamanda, dadını daha da zənginləşdirmək üçün indi “Big Mac”a daha çox sous əlavə edilir.

Qeyd edək ki, yenilənmiş burgerləri artıq “MakAvto” və “McDelivery” də daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən “McDonald’s” restoranlarında əldə etmək olar. Şirkət nümayəndələri əmindirlər ki, “McDonald's”ın beynəlxalq strategiyasına uyğun olaraq həyata keçirilən bu dəyişikliklər klassik burgerləri ziyarətçilər üçün daha da cəlbedici edəcək.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO