Qəbələdə şəhid ailələrinin problemləri nəzarətə götürüldü – FOTO  

Qəbələdə şəhid ailələrinin problemləri nəzarətə götürüldü – FOTO  

Hazırda oxunan: Qəbələdə şəhid ailələrinin problemləri nəzarətə götürüldü – FOTO  

135395

Qəbələdə şəhid ailələri ilə görüş keçirilib. Ənənəvi təşkil edilən belə görüşlərdə ailə üzvlərinin sosial qayğıları müzakirə olunur. 

Bu barədə Bizim.Media-ya Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, şəhid ailə üzvləri ilə növbəti görüşdə Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı və Rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib.

Şəhid ailə üzvləri yaşayışlarından, onları narahat edən problemlərdən bəhs edib. Ailələr kənd yolunun bərpası, torpaq sahəsinin ayrılması, mənzil şəraitinin yaxşılaşdırılması, su təminatı ilə bağlı məsələləri gündəmə gətirib. Qaldırılan məsələlər yerli sturukturların rəhbərləri ilə elə yerindəcə müzakirə olunub. Problemlərin bir qismi yerindəcə həll olunub, digərlərinin həlli nəzarətə götürülüb.
Şəhid ailələri ötən müddətdə su və elektrik xətlərinin bərpası, mənzilə internet xəttinin çəkilməsi ilə bağlı qaldırılan məsələlərin həll olunduğunu bildirib. Onlar bu gürüşdə də müzakirə edilən və qaldırılan məsələlərin həll ediləcəyinə inamını ifadə edib. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO