Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media Sabunçu rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 11.05.2023
Daha bir qadını əri QƏTLƏ YETİRDİ
Hazırda oxunan: Daha bir qadını əri QƏTLƏ YETİRDİ
Hazırda oxunan: Daha bir qadını əri QƏTLƏ YETİRDİ
135382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.