“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində uçuşlar İCRA OLUNDU - FOTO/VİDEO 

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində uçuşlar İCRA OLUNDU - FOTO/VİDEO 

Hazırda oxunan: “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində uçuşlar İCRA OLUNDU - FOTO/VİDEO 

135328

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar icra olunub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyi məlumat verib. 

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları Su-25 hücum və ikiyerli təlim-döyüş F-16 qırıcı təyyarələrində türkiyəli pilotlarla birgə uçuşlar, eləcə də plana uyğun müxtəlif tapşırıqlar yerinə yetiriblər. 

Təlim uçuşları zamanı pilotlarımızın F-16 tipli təyyarələrin idarə olunması üzrə bilik və bacarıqları, uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb. 

Təlimdə, həmçinin Türkiyə və xarici ölkələrin fotoqrafları da iştirak ediblər. Fotoqraflar bazalanma aerodromunda təlimdə iştirak edən aviasiya vasitələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarələri ilə yaxından tanış olub, təhlükəsizlik qaydalarına riayət etməklə uçuş-enmə zolağında pilotlar tərəfindən yerinə yetirilən tapşırıqları izləyiblər. 
Sonda təlimdə aviasiya vasitələrinin qısa intervalda nümunəvi uçuşları icra olunub, Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupu müxtəlif manevrlər ediblər. 
 









Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO