15-ə yaxın məscidə qadın imam TƏYİN EDİLİB – Mübariz Qurbanlı 

15-ə yaxın məscidə qadın imam TƏYİN EDİLİB – Mübariz Qurbanlı 

Hazırda oxunan: 15-ə yaxın məscidə qadın imam TƏYİN EDİLİB – Mübariz Qurbanlı 

135206

"Təxminən 15-ə yaxın məscidə qadın dini ayin icraçısı təyin edilib və bunların sayı artacaq". 

Bizim.Media xəbər verir ki bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.  

Onun sözlərinə görə, qadınlar dini ayinlərin icraçılar imam funksiyasını yerinə yetirmir. Əlbəttə ki, məsciddə xütbə verməyəcək və moizə oxumayacaq: 

"Qadın dini ayin icraçısı imamın tapşırığı ilə qadınlar bölməsində fəaliyyət göstərəcək və qadınlarla bağlı məsələlərdə islami dəyərlərə əlaqədar izahat işləri aparacaq. Eyni zamanda İslama aid olan müxtəlif mərasimlərin idarə olunmasında iştirak edəcək. Təhsili din üzrə mütəxəssis olan qadın xurafat və digər məsələlərə yer verməyəcək. Ona görə də qadın dini ayin icraçılarının təyinatı davam edəcək. Əsas aparıcı isə Cümə məscidlərinə olacaq ". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO