Beyləqanda Ulu Öndərin 100 illik yubileyinə həsr edilən tədbir KEÇİRİLİB - FOTO 

Beyləqanda Ulu Öndərin 100 illik yubileyinə həsr edilən tədbir KEÇİRİLİB - FOTO 

Hazırda oxunan: Beyləqanda Ulu Öndərin 100 illik yubileyinə həsr edilən tədbir KEÇİRİLİB - FOTO 

135111

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.  

Daha sonra Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə Ulu Öndərin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.  

Tədbirdə çıxış edən şöbənin rəisi, polis polkovniki Rüstəm Cəfərov dahi lider Heydər Əliyevin həyatını öz xalqına həsr edərək, cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Azərbaycanı daima inamla irəliyə aparmağa nail olduğunu qeyd edib.
Müstəqillik illərində xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri və uzaqgörənliyi dövlətçiliyimizi qorumağa və xalqımızı böyük bəlalardan xilas etməyə imkan verdiyini bildirib. 

Daha sonra çıxış edənlər Ulu Öndərin həyatından, Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, böyük xilaskarlıq missiyasından danışıblar. 

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. 








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO