Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Hazırda oxunan: Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

135101

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 9-na olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Gədəbəydə dolu düşüb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 11.0 mm, Gədəbəydə 5.0 mm, Qaxda 4.0 mm, Mingəçevir, Daşkəsən, Göygöl, Yevlax, Maştağa, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Ağdam, Oğuz, Zaqatala, Quba, Qusar, Xaltan, Şahdağ, Tərtərdə 1.0-3.0 mm olub.

Mayın 8-də Gədəbəy rayonunda 17:35-17:43 radələrində diametri 8 mm olan, rayonun Söyüdlü, Pirbulaq-Ərtəpə kəndlərinə dolu düşüb.
Külək: Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ceyrançöl, Mingəçevir, Şərurda 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Mayın 8-də iqlim norması daxilində olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-23° isti, Naxçıvanda 25-29° isti, dağlıq rayonlarda 15-20° isti, aran rayonlarında 25-29° isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO