Şəkidə DYP əməkdaşları şagird və müəlimlərlə görüşdü - FOTO/VİDEO

Şəkidə DYP əməkdaşları şagird və müəlimlərlə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə DYP əməkdaşları şagird və müəlimlərlə görüşdü - FOTO/VİDEO

135088

Uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi məqsədi ilə Şəki Dövlət Yol Polisi Bölməsinin əməkdaşları 14 nömrəli məktəbdə şagird və müəlimlərlə görüşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məktəb rəhbərliyinin təklifi ilə görüş imtahan-hesabat formatında keçirilib. 

Belə ki, şagirdlər dərslik və DYP əməkdaşları ilə əvvəlki illərdə öyrəndikləri yol hərəkəti qaydalarını, piyadanın vəzifələrini  izah edib, sualları cavablandırıblar.  

Qeyd olunub ki, bu məktəb şəhərin mərkəzi küçələrindən birində yerləşməsinə baxmayaraq ötən müddət ərzində şagirdlərin yolu keçməsi ilə bağlı hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. 
Sonda şagirdlər, yol hərəkəti qaydalarına aid  şeirlər, mahnılar səsləndirib, səhnəciklər və videoçarxlar nümayiş etdiriblər.
 







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO