Faciə günündə doğulub faciə günündə şəhid olan KAPİTANIMIZ - Özünə heç vaxt AD GÜNÜ keçirmirmiş – FOTO 

Faciə günündə doğulub faciə günündə şəhid olan KAPİTANIMIZ - Özünə heç vaxt AD GÜNÜ keçirmirmiş – FOTO 

Hazırda oxunan: Faciə günündə doğulub faciə günündə şəhid olan KAPİTANIMIZ - Özünə heç vaxt AD GÜNÜ keçirmirmiş – FOTO 

134952

Bu gün Aprel döyüşlərində ağır yaralanaraq mayın 8-də şəhid olan kapitan Nəcməddin Savalanovun anım günüdür.

Bizm.Media xəbər verir ki, Nəcməddin Savalanov 26 fevral 1985-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub.

Nəcməddinin uşaqlıqdan hərb sahəsinə xüsusi marağı və həvəsi olub. Elə buna görə də Kapitan Nəcməddin Savalanov 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

Daha sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 4 il oxuyub. Öz istəyilə döyüş bölgəsində xidmət edib. 

Döyüş yoldaşlarının dediyinə görə Nəcməddin Savalanovun həm musiqi duyumu, həm də gözəl şer yazmaq qabiliyyəti olub. Həmçinin, bədahətən gözəl meyxana deməyi vardı. O, qulluq etdiyi Tərtər rayonunda sakinlərin toy məclisində də iştirak edib. 

Nəcməddin atasını birinci sinfə gedəndə avtomobil qəzasında itirib, ailənin 3 oğul övladını ana təkbaşına böyüdüb. 

Aprel döyüşlərində irəlidə gedən hərbi hissənin qərargah rəisi olan Nəcməddin Savalanov əvvəlcə düşmən gülləsindən ayağından yaralanıb, həkimə getmək əvəzinə ayağını sarıyaraq döyüşə davam edib. İkinci dəfə çiynindən ağır yaralanan kapitan Savalanov dərhal Silahlı Qüvvələrin Hərbi Hospitalına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 37 günlük müalicə heç bir nəticə verməyib və igid zabitimiz 2016-cı il mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçinib.

Nəcməddin Savalanov Xocalı soyqırımı günü ilə üst-üstə düşdüyünə görə heç zaman özünə ad günü keçirmirmiş. Ölümü də başqa bir faciə gününə - Şuşanın işğalı gününə təsadüf edib.

Şanlı aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə aldığı güllə yaralarından şəhid olan kapitan Savalanov 2016-cı il may ayının 9-da doğma kəndində - İmişli rayonunun Göbəktala kənq qəbristanlığında dəfn edilib. 

Ölümündən sonra şəhidimiz  "İgidliyə görə" medalı ilətəltif olunub. Şəhid kapitan 3 övlad - iki qız, biri oğlan atası olub.






Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO