HAVA PROQNOZU: Bakıda külək güclənəcək

HAVA PROQNOZU: Bakıda külək güclənəcək

Hazırda oxunan: HAVA PROQNOZU: Bakıda külək güclənəcək

134758

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO