Tuğda tikinti işləri 2025-ci ildə başa çatacaq - FOTO

Tuğda tikinti işləri 2025-ci ildə başa çatacaq - FOTO

Hazırda oxunan: Tuğda tikinti işləri 2025-ci ildə başa çatacaq - FOTO

134755

Tuğ kəndində başlanan tikinti bərpa işləri 2025-ci ildə başa çatacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalov bildirib:

“Tuğ kəndində prezident tərəfindən inzibati mərkəzin təməli qoyulub. İnzibati zonanın ərazisi 1.63 hektar təşkil edir. Buraya inzibati bina, klub icma mərkəzi, mədəniyyət mərkəzi və restoran binası daxildir. Həmçinin ərazidə sahəsi 1700 kvadrat olan parkinq nəzərdə tutulub.
Bundan başqa qeyd etmək istəyirəm ki, Tuğ kəndində prezident tərəfindən ilk yaşayış kompleksinin təməli qoyulmuşdu. Nəzərinizə çatdırmaq istəyirəm ki, ilk yaşayış yerlərində bərpa edilən fərdi yaşayış evlərinin sayı 24, yeni tikiləcək fərdi yaşayış evlərinin sayı 95, növbəti mərhələdə isə tikiləcək evlərin sayı 244 olacaqdır. Bununla yanaşı ərazidə 360 şagird yerlik orta məktəb, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, ticarət obyektləri, bir məsçid, bir kilsə və s. sosial obyektlərin tikilməsi nəzərdə tutulub. Bütün tikilməsi və bərpası nəzərdə tutulan obyektlər 2025-ci ilə qədər, bəlkə də daha tez hazır olması nəzərdə tutulub. Ərazilərin baş planına və meymarlıq üslübuna uyğun olaraq təmir olunması nəzərdə tutulmuşdur”. 

Qeyd edək ki, işağldan azad edilmiş digər bölgələrdə olduğu kimi Tuğ kəndində də tikinti-bərpa işləri surətlə aparılır. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO