Jurnalistlər

Jurnalistlər "Prezidentin izi ilə" Tuğ kəndinə getdi

Hazırda oxunan: Jurnalistlər "Prezidentin izi ilə" Tuğ kəndinə getdi

134749

Media nümayəndələri "Prezidentin izi ilə" Tuğ kəndinə səfər edib.

Bizim.Media xəbər verir ki, media nümayəndələrinə kənd ərazisində görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, qədim fərdi yaşayış evlərinin bərpası ilə paralel yeni fərdi yaşayış evləri tikiləcək.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, tikinti işlərinin tamamlanması 2025-ci ilin sonlarına planlaşdırılır.

Əli Zeynalov nəzərə çatdırıb ki, ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun qaydada salınacaq. 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yenidən tikiləcək. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur.
Məhəllədə 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyətlə, yaşayış məhəlləsində əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.

Tuğ kəndində bir sıra binaların – inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO