Samuxda ağır qəza: 1 ölü, 2 yaralı var

Samuxda ağır qəza: 1 ölü, 2 yaralı var

Hazırda oxunan: Samuxda ağır qəza: 1 ölü, 2 yaralı var

134740

Samuxda yol nəqliyyat hadisəsi insan tələfatı ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. 

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı evin hasarına çırpılıb. 

Qəza zamanı Samux rayon sakini Elmar Əsgərov ölüb, 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. 

Qəzaya uğrayanlar toy məclisindən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO