Bakıda qəzaya uğrayan mikroavtobus aşdı - VİDEO 

Bakıda qəzaya uğrayan mikroavtobus aşdı - VİDEO 

Hazırda oxunan: Bakıda qəzaya uğrayan mikroavtobus aşdı - VİDEO 

134677

Bu gün səhər saatlarında Kürdəxanıda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, qəzanın videosu sosial şəbəkələrdə paylaşılıb. 

“Mercedes” markalı avtomobil ilə mikroavtobus toqquşub. Qəza nəticəsində mikroavtobus aşıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. 

O bildirib ki, qəzaya səbəb nəqliyyat vasitəsinin kənar yoldan əsas yola çıxarkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması olub: 

“Qəza zamanı mikroavtobus boş olub. Avtobus sürücüsü qolundan yüngül xəsarət alıb. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Yol-nəqliyyat hadisəsində ölüm qeydə alınmayıb”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO