Gədəbəydə 32 yaşlı qadın oğurlandı - 3 nəfər TUTULDU  

Gədəbəydə 32 yaşlı qadın oğurlandı - 3 nəfər TUTULDU  

Hazırda oxunan: Gədəbəydə 32 yaşlı qadın oğurlandı - 3 nəfər TUTULDU  

134656

Gədəbəy rayonunda adam oğurluğu hadisəsi baş verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, mayın 4-də Gədəbəy şəhər sakini İ.Rəfili (şərti) polisə müraciət edərək saat 13 radələrində 32 yaşlı bacısı B.Rəfilinin (şərti) naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını oğurlamaqda şübhəli bilinən rayonun Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Ruslan Həsənov, Slavyanka kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Hümbətov və Gədəbəy şəhər sakini, 1994-cü il təvəllüdlü Qabil Məmmədcəfərov tutulub. 
B.Rəfili gizlədildiyi yerdə aşkar edilərək ailəsinə təhvil verilib. 

Faktla bağlı Gədəbəy RPŞ-də araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO