Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

Hazırda oxunan: Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

134643

"Bu il Azərbaycan da daxil olmaqla 8 ölkədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının buraxılması nəzərdə tutulub". 

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib. 

"Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstanda bu poçt markaları dövriyyəyə buraxılıb", - deyə o qeyd edib. 

Nazirin sözlərinə görə, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində bu il gün Azərbaycanda 11 növdə poçt markasının buraxılması nəzərdə tutulur. "Yeni poçt markalarından birinin buraxılması bu gün konfrans çərçivəsində baş tuta bilər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO