“Qarabağ mövzusuna toxunan insanlardan “parfüm”x9d qoxusu yox, “barıt”x9d qoxusu gəlməlidi”x9d ”“  Qarabağ qazisi

“Qarabağ mövzusuna toxunan insanlardan “parfüm”x9d qoxusu yox, “barıt”x9d qoxusu gəlməlidi”x9d ”“ Qarabağ qazisi

Hazırda oxunan: “Qarabağ mövzusuna toxunan insanlardan “parfüm”x9d qoxusu yox, “barıt”x9d qoxusu gəlməlidi”x9d ”“ Qarabağ qazisi

134626
Qarabağ döyüşlərində öz qəhrəmanlıqları ilə seçilmiş döyüşçülərdən biri də Baş-leytenant Maşallah Şirinalı oğlu Əliyevdi. O, 1954-cü il aprel ayının 14-də Cəlilabad rayonunda anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. İxtisasca “İnşaatçı”x9d olmasına baxmayaraq, universitetdə hərbi kafedranı bitirib. İki il sovet orusunda zabit kimi hərbi xidmət edib. Müsahibimlə tanışlıq sizin üçün də maraqlı olacaq.

Döyüş yolunuz haradan başladı?

Xocalı hadisəsindən sonra döyüşə getməyə qərar verdim. 1992-ci il Mart ayının 8-i rayondan birbaşa Ağdama yollandım. Zabit olduğumdan gedən kimi tez bir zamanda batalyonda nizam-intizam yarada bildim. Asif Məhərrəmov var idi, “Fred Asif”x9d deyərdilər . O, bir batalyon yaratmışdı və mən də bu batalyonda döyüşürdüm.

Siz ora zabit kimi getmişdiniz?

Təbii ki, mən ora zabit kimi getmişdim. Amma, müharibəyə gedən adam üçün rütbə maraqlı olmur. Mən özümü Azərbaycan əsgəri, döyüşçüsü sayırdım.

Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmisiniz?

Xeyr! Həmin vaxtı mən müalicə olunurdum. Geyim və ərzaq qıtlığı bizə əziyyət verirdi. Silahımız olmurdu. Müalicəm bitdikdən sonra, yenidən döyüşə yollandım. “Naxçıvanik”x9d döyüşündə iştirak etdim və Naxçivaniki azad etdik. Həmin vaxtı ermənilər çox böyük itki verdilər.

Siz döyüşdə iki ayağınızı itirmisiniz. Bu hadisə necə oldu?


İdiyə kimi yadımdadı, 1993-cü ilin dekabr ayının 3-ü idi. Xocavənd rayonunda Şişqaya deyilən bir yer var. Biz “Qaz 66”x9d maşınında döyüşə gedirdik. Mən sürücünün yanında oturmuşdum. Maşınımız yolda tank əleyhinə minaya düşdü. Mən tərəfdən qabağ təkər minaya düşdüyündən məni maşının içindən beş-altı metr uzağa tulladı. Yoldaşlarım yüngül xəsarət aldılar, mənsə bir də baxdım ki, ayaqlarım yoxdu. Yoldaşlar qoluma girib məni qospitala apardılar. Əslində yerdə çoxlu qar olduğundan mina düz partlamadı. Partlayış sağa-sola yayıldı. Düz partlasaydı, məni külə çevirərdi.

Qarabağ mövzusunda aparılan təbliğatlar sizi qane edirmi?

Mən həmişə demişəm bu gün də deyirəm: “Qarabağ mövzusuna toxunan insanlardan “parfüm”x9d qoxusu yox, “barıt”x9d qoxusu gəlməlidi”x9d. Mən rayonda uşaq baxçasından tutmuş, orta məktəblərə kimi maksimum nə qədər gücüm çatır təbliğat aparıram.

Sizin üçün ayaqlarınızı itirmək ağrılıdı, yoxsa torpaqları itirmək?

Mənim üçün ayaqlarımı itirmək şərəfdi. Mən ayaqlarımı itirəndə, vətən torpaqlarımızı öz qanımla boyamış oldum. Biz ora “vətən möhürü”x9d vurmuşuq. Tək mən yox, şəhidlərimiz və qazilərimiz. Mən vətən üçün döyüşmüşəmsə, ayaqlarımı itirdiyimə görə bədbin ola bilərəmmi? Yox, əksinə mən özümə şərəf sayıram ki, vətən qarşısında gücüm çatan qədər borcumu vermişəm. Halbuki, mən başımı qoymağa getmişdim vətən yolunda. Torpaqları itirmək doğrudan da, mənim üçün ağrılıdı. O, torpaqlar ki, qanla suvarılıb qaytarılmalıdı.

Məni düşündürən suallardan birini də sizə ünvanlamaq istəyirəm. Vətənpərvərlik ruhunun gənclərdə aşılanması üçün “Vətənpərvərlik”x9d partiyası yaratmaq olar?

Məncə bu çox gözəl fikirdi. Bu qədər partiyalar var və nə olardı bir dənə də “Vətənpərvərlik”x9d partiyası yaradılardı. Bu partiyaya Azərbaycanımızın vətənpərvər gəncləri qoşulardı. Bu mövzuda bölgələrdə , hərbi hissələrdə görüşlər keçirilərdi.

Siz özünüz də bunun şahidi oldunuz ki, Mübariz İbrahimovun, Fərid Əhmədovun, Əhməd Abdullayevin qəhramanlıqları deyərədim ki, hardasa çoxdankı sükutu pozdu. Bununla bağlı nə deyə bilərsiniz?


M.İbrahimov çox böyük əfsanə yaratdı. F.Əhmədov və Ə. Abdullayev bizim çoxdan ki, kəşfiyyatçılarımız idi, çoxları onları şəhid olandan sonra tanıdılar. Fərid və Əhmədi uşaq olanda, başlarını sığallamışam. Demişəm ki: “ Bu vətəni sevmək lazımdı, vətən uğurunda şəhid olmaq lazımdı!”x9d. Onlar haqqında tamaşa da hazırlanmışdı və mənim onlarla dediklərimi də canlandırıblar. Bu üç qəhrəmana kimi, bir az durğunluq yaranmışdı. Biz beynəlxalq təşkilatlarla Qarabağı geri almağı özümüzə sığışdırmamalıyıq. Qarabağ məsələsi namus məsələsidi. Azərbaycan əsgəri o, qədər qüdrətlidi ki, heç bir düşmən əsgəri bizim qarşımızda tab gətirə bilməz. Mən bunları görmüşəm.

Bizə demək istədiyiniz nəsə qalmadı ki?


Bu mövzuda çox danışmaq olar. Niyə axı biz, qəhrəmanlıq salnaməmizi soyqrım kimi dünyaya təqdim edirik? Ağlayırıq, sıtqayırıq. Sözü “Xocalı faciə”x9dsinə, “20 yanvar”x9d hadisəsinə gətirmək istəyirəm. “Xocalı faciəsi”x9d əslində “Xocalı salnaməsi”x9ddi. Orada qadınlar, qızlar döyüşüb. “20 yanvar”x9d hadisəsi “Qanlı 20 yanvar”x9d kimi yox, “Şanlı 20 yanvar”x9d kimi qeyd olunmalıdı. Bizim şəhidlik günümüzdü. Şəhidlik günündə nə qərənfil, nə də millət ağlayır. Təbliğat aparanda Ş.İ.Xətaidən, Atilladan yox, “20 yanvar”x9ddan, “Xocalı salnaməsi”x9dndən başlamaq lazımdı.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO